Dik Advokat Robin van Persinin məsləhətçisi olub

18 Mart 2026 17:15
66
Dik Advokat Robin van Persinin məsləhətçisi olub

Niderlandlı tanınmış mütəxəssis Dik Advokat “Feyenoord”un baş məşqçisi Robin van Persinin məsləhətçisi olub.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, 78 yaşlı mütəxəssis mövsümün sonunadək Rotterdam təmsilçisində sözügedən vəzifəni tutacaq.

Advokat oyunlar zamanı ehtiyat oyunçular skamyasında olmayacaq.

Qeyd edək ki, Dik Advokatın son iş yeri Kurasao millisi olub. O, komandanı tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə çıxarıb.

İdman.Biz
Məqalədə: