SON DƏQİQƏ: Türkiyə Superkuboku təxirə salınıb

Xəbərlər
29 Dekabr 2023 21:52
161
SON DƏQİQƏ: Türkiyə Superkuboku təxirə salınıb

Səudiyyə Ərəbistanında təşkil olunan Türkiyə Superkuboku təxirə salınıb.

İdman.biz xəbər verir ki, “Qalatasaray” və “Fənərbaxça” meydana çıxmaqdan imtina edib.

Yerli hökumətin tələblərinə qarşı çıxan komandalar belə qərar çıxarıblar. Ərəblər tribunalarda Atatürk şəkillərinin , “Yurtta Sülh, Cihanda Sülh”, “Nə mutlu Türküm diyene” şüarlarının paylaşılması və səsləndirilməsinə qadağa qoyması Türkiyə tərəfini razı salmayıb. Hər iki klubun rəhbərliyi TFF prezidenti ilə görüşdən sonra meydana çıxmaqdan imtina ediblər.

Yaxın saatlarda TFF-nin rəsmi açıqlama verməsi gözlənilir.

Qeyd edək ki, “Qalatasaray” – “Fənərbaxça” oyunu saat 21:45-də başlamalı idi.