“Barselona”nın 18 yaşlı hücumçusu Lamin Yamal karyerasının ilk het-trikini edib.
Bu nailiyyət 2025/26 La Liqa mövsümünün 26-cı turunda “Vilyarreal” üzərində 4:1 hesablı qələbə qazanılan oyunda əldə edilib.
Oyunçu oyunun 28, 37 və 69-cu dəqiqələrində qol vurub. Əvvəllər hücumçu heç vaxt bir matçda iki qoldan çox vurmamışdı. Lamin ilk het-trikini “Barselona”da 140-cı oyununda edib.
Bu mövsüm Yamal klubun heyətində bütün yarışlarda 31 oyun keçirib, 16 qol vurub və 13 məhsuldar ötürmə edib.
