“Liverpul” liderliyə yüksəlib - VİDEO

Xəbərlər
27 Dekabr 2023 00:19
209
“Liverpul” liderliyə yüksəlib - VİDEO

İngiltərə Premyer Liqasında 19-cu turun 4 oyunu keçirilib.

İdman.biz xəbər verir ki, səfərdə qələbə qazanan “Liverpul” 1-ci pilləyə yüksəlib.

“Qırmızılar” səfərdə “Bernli”yə 2:0 hesabı ilə qalib gəliblər. Komandanın qollarını Nunyes və Jota vurublar. 42 xal toplayan “Liverpul” ehtiyatda biri oyunu olan “Arsenal”ı qabaqlayıb. “Topçular” London derbisində “Vest Hem”lə qarşılaşacaqlar.

“Nyukasl”ın uğursuz çıxışı davam edir. “Sağsağanlar” son 5 oyunun 4-də meydanı məğlub tərk ediblər. O, öz meydanında “Nottingem Forest"ə uduzub. 7-ci pilləyə enən komandanı növbəti turda çətin sınaq gözləyir. Eddi Houenin yetirmələri “Liverpul”un qonağı olacaqlar.

İngiltərə Premyer Liqası
19-cu tur

Nyukasl – Nottingem Forest – 1:3
Bornmut – Fulhem – 3:0

Şeffuld Yunayted – Luton – 2:3

Bernli – Liverpul – 0:2

İdman.biz