“Qalatasaray”ın sabiq futbolçusu: “Azərbaycandan təklif gələrsə, anında qəbul edərəm”

19 Fevral 2026 13:28
106
“Qalatasaray”ın sabiq futbolçusu: “Azərbaycandan təklif gələrsə, anında qəbul edərəm”

“Liqanızda bəzi komandaların oyunlarını izləmişəm. Bir neçə klub haqqında məlumatım var. Əgər Azərbaycandan təklif gələrsə, anında qəbul edərəm”.

Bu sözləri Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Tuqay Kərimoğlu deyib.

Azərbaycanı çox sevdiyini bildirən 55 yaşlı veteran yarımmüdafiəçi deyib.

“Bir dəfə Azərbaycanda olmuşam. Həmin vaxt Avropa çempionatında Türkiyə millisinin oyununu izləməyə gəlmişdim”, - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

Qeyd edək ki, Tuqay Kərimoğlu karyerası ərzində Şotlandiyanın “Qlazqo” və İngiltərənin “Blekbörn Rovers” komandalarının da formasını geyinib. O, Türkiyə yığmasının heyətində 94 oyunda 2 qolla yadda qalıb.

İdman.Biz