İstanbul derbisində qolsuz heç-heçə - VİDEO

Xəbərlər
24 Dekabr 2023 22:08
190
İstanbul derbisində qolsuz heç-heçə - VİDEO

Türkiyə Superliqasının 18-ci turunda İstanbul derbisi baş tutub.

İdman.biz xəbər verir ki, "Fənərbaxça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Eyni xala malik komandaların duelində gözlənilən mübarizə alınmayıb. 90 dəqiqə ərzində tərəflər fərqlənə bilməyiblər. İki klub 17 oyundan sonra 44 xal toplayıb və top fərqinə görə, "Fənərbaxça" 1-ci pillədə qərarlaşıb.

Günün digər iki qarşılaşmasında meydan sahibləri qələbə qazanıblar.

Türkiyə Superliqası
18-ci tur

Konyaspor – Kayserispor – 2:0

Adana Dəmirspor – Antalyaspor – 2:1

Fənərbaxça – Qalatasaray – 0:0

İdman.biz