“Mançester Siti”nin və Argentina millisinin keçmiş hücumçusu Serxio Aquero 2017-ci ildə “Çelsi”yə keçməyə yaxın olduğunu açıqlayıb.
İdman.Biz bildirir ki, Aquero ürək problemləri səbəbindən 33 yaşında futboldan ayrılıb.
“2017-ci ildə az qala “Çelsi”yə keçəcəkdim, amma “Mançester Siti” son anda müqaviləni blokladı. Konte mənim Azarla birlikdə oynamağımı istəyirdi, Dieqo Kosta isə gedirdi”, - deyə TNT Sports Aquerodan sitat gətirir.
Aquero “Atletiko Madrid”, “Mançester Siti” və “Barselona” kimi klublarda oynayıb. İngiltərə Premyer Liqasında Aquero dəfələrlə bütün titulları qazanıb: beş İngiltərə çempionluğunu, altı Liqa Kubokunu, bir İngiltərə Kubokunu və üç dəfə İngiltərə Superkubokunu.
