“Qarabağ”ın rəqibi son beş mövsümdə Premyer Liqada xalis xərclərə görə beşincidir

3 Fevral 2026 20:48
96
“Qarabağ”ın rəqibi son beş mövsümdə Premyer Liqada xalis xərclərə görə beşincidir

Transfermarkt-a görə, İngiltərə Premyer Liqasının son beş mövsümdə xalis xərcləmə cədvəlinə “Mançester Yunayted” başçılıq edir.

İdman.Biz bildirir ki, “qırmızı şeytanlar” son beş ildə 782,92 milyon avro xərcləyiblər. “Arsenal” ikinci (769,91 milyon avro), “Çelsi” isə üçüncü (755,11 milyon avro).

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” beşincidir (492,44 milyaon avro).

Tam siyahı belədir:

1. “Mançester Yunayted” (782,92 milyon avro).
2. “Arsenal” (769,91 milyon avro).
3. “Çelsi” (755,11 milyon avro).
4. “Tottenhem” (665,98 milyon avro).
5. “Nyukasl Yunayted” (492,44 milyon avro).
6. “Liverpul” (487,85 milyon avro).
7. “Mançester Siti” (459,55 milyon avro).
8. “Nottinqem Forest” (379,66 milyon avro).
9. “Vest Hem Yunayted” (368,35 milyon avro).
10. “Kristal Palas” (233,61 milyon avro).
11. “Fulhem” (165,62 milyon avro).
12. “Sanderlend” (162,38 milyon avro).
13. “Bornmut” (148,14 milyon avro).
14. “Börnli” (123,28 milyon avro).
15. “Brentford” (118,79 milyon avro).
16. “Aston Villa” (109,82 milyon avro).
17. “Lids Yunayted” (85,23 milyon avro).
18. “Everton” (13,87 milyon avro).
19. “Vulverhempton” (10,34 milyon avro).

İdman.Biz