Kriştianu Ronaldu “Əl-Nəsr”də məşqə qatılmayıb

3 Fevral 2026 20:03
81
Kriştianu Ronaldu “Əl-Nəsr”də məşqə qatılmayıb

Fevralın 3-də “Əl-Nəsr” klubu fevralın 2-də Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci turunda “Ər-Riyad”la oyunda (0:1) iştirak etməyən oyunçular üçün məşq keçirib.

İdman.Biz bildirir ki, jurnalist Əbdüləziz Əl-Osseiminin X sosial media səhifəsində verdiyi məlumata görə, matçda oynamayan komanda kapitanı və hücumçu Kriştianu Ronaldu məşqdə iştirak etməyib.

Daha əvvəl media orqanları 40 yaşlı hücumçunun “Əl-Nəsr”də narazı olduğunu və Avropa və MLS-də seçimləri nəzərdən keçirdiyini bildirmişdi.

Ronaldu 2023-cü ildən “Əl-Nəsr”də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

İdman.Biz