Emil Holm “Yuventus”a keçib.
İdman.Biz bildirir ki, Turin klubu İsveç yığmasının müdafiəçinin “Bolonya”dan icarəyə götürüldüyünü açıqlayıb.
Onun 15 milyon avroluq transfer hüququ var və müəyyən şərtlər yerinə yetirilərsə, bu məbləğ maksimum 3 milyon avro arta bilər.
Holm bu mövsüm A Seriyasında 11 oyun keçirib və dörd məhsuldar ötürmə edib.
“Bolonya”ya keçməzdən əvvəl o, İtaliyada “Spesiya” və “Atalanta”da oynayıb.
