“Çelsi”nin sahibi Todd Boulinin adı “Epşteyn işi” ilə bağlı yeni sənədlərdə yer alır

1 Fevral 2026 00:58
125
“Çelsi”nin sahibi Todd Boulinin adı “Epşteyn işi” ilə bağlı yeni sənədlərdə yer alır

“Çelsi” klubunun sahibi Todd Bouli 2011-ci ildə maliyyəçi Ceffri Epşteynlə iki dəfə görüşüb. Görüşlər 2011-ci ilin yanvar və sentyabr aylarında baş tutub.

Bu barədə İdman.Biz The Athletic-ə istinadən məlumat verir.

Mənbəyə görə, bunu ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan elektron məktublar sübut edir. Görüşlər zamanı Epşteyn artıq ilk həbs cəzasını çəkmişdi.

6 iyul 2019-cu ildə Ceffri Epşteyn uşaq cinsi istismarı ittihamı ilə həbs edilib və həmin ilin avqust ayında həbsxana kamerasında ölü tapılıb. Todd Bouli 2022-ci ilin may ayından bəri “Çelsi” klubunun sahibidir.

İdman.Biz