İspaniya çempionatında 22-ci turda “Espanyol” və “Alaves” qarşılaşıb.
İdman.Biz bildirir ki, Barselonada keçirilən oyundan “Alaves” qalib ayrılıb.
Oyunda hesabı “Espanyol”un oyunçusu Roberto Fernandes 15-ci dəqiqədə açıb. 27-ci dəqiqədə Antonio Blanko hesabı bərabərləşdirib. 71-ci dəqiqədə isə Lukas Boe “Alaves”in qələbə topunu vurub – 2:1.
Bu oyundan sonra “Alaves” 25 xalla La Liqanın turnir cədvəlində 11-ci yerdədir. “Espanyol” 34 xalla 5-cidir.
