“Sport Bild”in məlumatına görə, “Bavariya”nın cinah oyunçusu Serj Qnabri “Tottenhem”ə transfer oluna bilər.
İdman.Biz xəbər verir ki, mətbuatda əvvəllər London klubunun zədəli Məhəmməd Kudusun yerinə başqa oyunçu axtardığı bildirilirdi. Bundan əlavə, hücumçu Brennan Conson bu qış komandadan ayrılıb və “Kristal Palas” onu transfer edib.
Qnabri 2012-2016-cı illərdə “Arsenal”da oynayıb, daha sonra Bundesliqaya keçib. Almaniyalı cinah oyunçusu 2017-ci ildən “Bavariya”da oynayır və hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. Münhen komandasında olduğu müddətdə o, 310 oyun keçirib, 100 qol vurub və 69 məhsuldar ötürmə edib.
Bu mövsüm 30 yaşlı futbolçu klubun heyətində bütün yarışlarda 25 oyun keçirib, 7+8 qol və məhsuldar ötürmə edib.
