Ronaldo Mbappeyə çatıb, rekorda 1 addımı qalıb

Xəbərlər
23 Dekabr 2023 11:38
148
Ronaldo Mbappeyə çatıb, rekorda 1 addımı qalıb

Portuqaliyalı futbolçu Kriştiano Ronalda il ərzində vurduğu qollarının sayını 51-ə çatdırıb.

İdman.biz xəbər verir ki, ulduz oyunçu "Əl-Nəsr"in heyətində növbəti dəfə fərqlənib.

O, Səudiyyə Ərəbistanı Premyer Liqasının 18-ci turunda "Əl-İttifaq"ı penaltidən cəzalandırıb. Komandası ilə 3:1 hesablı qələbəyə sevinib.

Ronaldo bununla da qol sayında PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappeyə çatıb. Onlar bir qol vursa da, rekorda şərik çıxacaqlar.

Rekord "Bavariya"nın hücumçusu Harri Keynə məxsusdur. İngiltərə yığmasının hücumçusu "Tottenhem"in heyətində 1 ilə 52 dəfə fərqlənib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında "Əl-Nasr"ə transfer olunan Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 16 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib. Forvardın Ər-Riyad klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

İdman.biz