“Liverpul”un baş məşqçisi Arne Slot “Qarabağ”dan danışdı

29 Yanvar 2026 03:22
176
“Liverpul”un baş məşqçisi Arne Slot “Qarabağ”dan danışdı

İngiltərənin "Liverpul" komandasının baş məşqçisi Arne Slot deyib ki, onlar UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turundakı rəqibi “Qarabağ”a hörmətlə yanaşıblar.

İdman.Biz-in məlumatına görə, mersisaydlıların baş məşqçisi Arne Slot Ağdam təmsilçisi ilə matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşmanın maraqlı olduğunu vurğulayıb.

“Maraqlı qarşılaşmaya şahidlik etdik. Rəqibə hörmətlə yanaşırdıq. Çətin matçları geridə qoyduq. Çempionlar Liqasında ilk “8-lik”də yer almaq sevindiricidir”.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib. Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci sırada bitirən “Qarabağ” tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib.

İdman.Biz