Rumıniyada 10 PAOK azarkeşini daşıyan mikroavtobus yük maşını ilə toqquşub.
İdman.Biz bildirir ki, nəticədə yeddi azarkeş ölüb, üç nəfər yaralanıb.
Avtobus komandanın Avropa Liqasının 8-ci turunda “Lion”la oyunu üçün Yunanıstandan Rumıniyadan keçərək Fransaya gedirmiş.
Mənbənin məlumatına görə, qəza gün ərzində DN6-E70 şossesində baş verib. Mikroavtobus ötmə cəhdi edib, lakin öz zolağına qayıtmadan spirtli içki daşıyan qarşıdan gələn yük maşını ilə toqquşub. Mikroavtobus yolun kənarına düşüb.
Yunanıstan Xarici İşlər Nazirliyi dərhal Buxarestdəki Yunanıstan səfirliyinə və onun konsulluq şöbəsinə Yunanıstan vətəndaşlarına və onların ailələrinə bütün mümkün yardımı göstərməyi tapşırıb. Səfirliyin xüsusi qrupu qəza yerinə və yaralıların aparıldığı xəstəxanalara göndərilir.
