“Mançester Yunayted”in “Arsenal” üzərində qələbəsi Bekhemlər ailəsində “söz atışması”na səbəb olub - FOTO

Xəbərlər
26 Yanvar 2026 19:17
97
“Mançester Yunayted”in “Arsenal” üzərində qələbəsi Bekhemlər ailəsində “söz atışması”na səbəb olub

“Mançester Yunayted”in keçmiş futbolçusu Devid Bekhem İngiltərə Premyer Liqasının 23-cü turunda komandalar arasında keçirilən oyundan sonra “Arsenal” azarkeşi olan oğlu Romeoya söz atıb.

İdman.Biz xəbər verir ki, “Mançester Yunayted” oyunda 3:2 hesablı qələbə qazanıb.

Devid Bekhem sosial mediada “Mançester Yunayted”dəki günlərindən bir şəkil paylaşıb və “Yaxşısan, Romeo?” yazıb.

23 yaşlı Romeo Bekhem Premyer Liqa cədvəlinin ekran görüntüsü və “Çox rahatlaşmayın. Tələyə düşməmək üçün diqqətli olun” şərhi ilə cavab verib.

İngiltərə Premyer Liqasında 23 oyundan sonra “Arsenal” 50 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Yunayted” isə 38 xalla dördüncü yerdədir.

İdman.Biz