“Borussiya”nın hücumçusu Jülyen Düranvill icarə əsasında “Bazel”ə keçib

Xəbərlər
23 Yanvar 2026 04:12
36
“Borussiya”nın hücumçusu Jülyen Düranvill icarə əsasında “Bazel”ə keçib

“Borussiya Dortmund”un hücumçusu Jülyen Düranvill 2025/2026 mövsümünün sonuna qədər icarə əsasında İsveçrənin “Bazel” klubuna keçib.

İdman.Biz xəbər verir ki, alman klubu sosial media hesabında hücumçunun hazırkı İsveçrə çempionuna qoşulacağını açıqlayıb.

Düranvillin “Borussiya” ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Bu mövsüm oyunçu bütün yarışlarda cəmi iki oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun dəyəri 7,5 milyon avrodur.

Bundesliqanın 18 turundan sonra “Borussiya Dortmund” 39 xalla turnir cədvəlində ikinci yerdədir və lider “Bavariya”dan 11 xal geri qalır.

“Bazel” İsveçrə Superliqasında 20 turdan sonra 33 xalla dördüncü yerdədir. Lider “Tun”la fərq 10 xaldır.

İdman.Biz