Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Qadisiya” və “Əl-İttihad” komandaları arasında keçirilən 17-ci turun oyunu başa çatıb.
İdman.Biz bildirir ki, “Əl-Qadisiya” 2:1 hesablı qələbə qazanıb.
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema 29-cu dəqiqədə uğurlu penalti zərbəsi ilə hesabı açdı. Səkkiz dəqiqə sonra “Əl-Qadisiya”nın hücumçusu Julian Kinyones hesabı bərabərləşdirib. Kinyones 59-cu dəqiqədə ikinci qolunu vurub.
Səudiyyə Ərəbistanı Pro Liqasında 16 oyundan sonra “Əl-Qadisiya” 36 xalla turnir cədvəlində dördüncü yerdədir. “Əl-İttihad” 27 xalla altıncı yerdədir.
