“Barselona” “Real Sosyedad”ın qapıçısı Aleks Remiro ilə maraqlanır.
İdman.Biz-in “Mundo Deportivo”nun məlumatına görə, kataloniyalılar bir müddətdir ki, 30 yaşlı qapıçını izləyir və onun Joan Qarsiyanı etibarlı şəkildə əvəz edə biləcəyinə inanırlar.
“Barselona”nın idman direktoru Deku ötən yay Qarsiyanı transfer etməzdən əvvəl Remironun vəziyyəti ilə dəfələrlə maraqlanıb.
Qeyd olunur ki, Remironun sərbəst qalma məbləği 2025-ci ilin yayında 50 milyon avro olaraq müəyyən edilmişdi.
Remironun “Sosyedad”la müqaviləsinin bitməsindən bir il əvvəl, 2026-cı ildə onun transfer dəyəri 10 milyon avrodan aşağı düşəcək.
