Türkiyə Superliqası: “Qalatasaray” xal itirib - VİDEO

Xəbərlər
17 Yanvar 2026 23:22
36
Türkiyə Superliqası: “Qalatasaray” xal itirib

Türkiyə Superliqasında 18-ci turun iki oyunu keçirilib.

İdman.Biz bildirir ki, “Qalatasaray” “Qaziantep”i qəbul edib.

Oyunda hesabı qonaqların oyunçusu Mohammed Bayo 73-cü dəqiqədə açıb. 85-ci dəqiqədə “Qalatasaray”lı Barış Alper Yılmaz hesabı bərabərləşdirib – 1:1. Matç bu hesabla bitib.

Turun digər qarşılaşmasında “İstanbul Başakşehir” “Fatih Karagümrük”ü qəbul edib.

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

“Qalatasaray” 43 xalla turnir cədvəlinə başçılıq edir.

İdman.Biz