Almaniya çempionatının 17-ci turunda “Auqsburq” və “Union Berlin” arasındakı oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz bildirir ki, matç Auqsburqdakı “VVK Arena”da baş tutub.
45+6-cı dəqiqədə ev sahibi komandanın hücumçusu Aleksis Klod Moris hesabı açıb. Qonaqlardan Marin Lyubiçiç 90+2-ci dəqiqədə cavab qoluna imza atıb.
Berlin komandası ikinci hissənin sonunda on nəfərlə qalıb, müdafiəçi Derrik Kon qırmızı vərəqə alıb.
“Union Berlin”in 23 xalı var və Bundesliqanın turnir cədvəlində doqquzuncu yerdədir. “Auqsburq” 15 xalla 15-ci yerdədir.
