Alvaro Arbeloa gələn mövsüm də “Real Madrid”i çalışdıra bilər.
İdman.Biz bildirir ki, 42 yaşlı mütəxəssis Xabi Alonsonun gedişindən sonra bazar ertəsi günü komandanı idarə etməyə başlayıb.
“Marca”nın məlumatına görə, Arbeloa gələn mövsümün sonuna qədər müqavilə imzalayıb.
Buna görə də, klub rəhbərliyi onun üçün qoyulmuş məqsədlərə çatılmadığına qərar verməsə, Alvaro cari mövsümdən sonra da hazırkı vəzifəsində qalacaq.
“Real Madrid” 19 oyundan sonra 45 xalla La Liqa turnir cədvəlində ikinci yerdədir. “Los Blancos” lider “Barselona”dan dörd xal geridədir.
