“Barselona” “Mançester Yunayted”dən icarəyə götürülmüş hücumçu Markus Reşfordu saxlamaq üçün çalışır.
İdman.Biz bu barədə Ben Ceykobsa istinadən xəbər verir.
Onun sözlərinə görə, klublar yanvar ayında ingilis futbolçunu “blauqrana”da saxlamaq perspektivlərini müzakirə etmək üçün görüş keçiriblər.
Mənbənin məlumatına görə, “Barselona” 30 milyon avroluq transfer bəndini aktivləşdirməməyi üstün tutur. Bunun əvəzinə, kataloniyalılar “Mançester Yunayted”ə daha kiçik məbləğ təklif ediblər. Alış seçimi ilə ikinci icarə ideyası da nəzərdən keçirilib.
Reşfordun “Kamp Nou”da qalmaqda qərarlı olduğu və “Barselona”nın onu saxlamaq istədiyi bildirilir. Mövsümün sonuna yaxın əlavə danışıqların aparılması gözlənilir.
