“Napoli”nin baş məşqçisi Antonio Konte iki oyunluq diskvalifikasiya edilib.
İdman.Biz-in “Corriere della Sera”ya istinadən verdiyi məlumata görə, diskvalifikasiya 56 yaşlı mütəxəssisin Seriya A-nın 20-ci turunun “İnter”ə qarşı oyununda aqressiv davranışından irəli gəlir.
Səfər matçının ikinci hissəsində Konte “Napoli”yə qarşı penalti təyin edildikdən sonra əsəbiləşərək hakimlərdən birinə hücum edib. Buna görə o, qırmızı vərəqə alıb və meydandan qovulub.
Buna görə də Konte komandasının “Parma” və “Sassuolo”ya qarşı oyunlarını tribunadan izləyəcək.
“Napoli” hazırda Seriya A-da 39 xalla üçüncü yerdədir.
