Almaniya Bundesliqasının Yeni il tətilindən sonra ilk turunun iki oyunu güclü yağıntı səbəbindən təxirə salınıb.
İdman.Biz bildirir ki, qar səbəbindən Almaniya çempionatının 16-cı turunun “Sankt-Pauli”-“RB Leypsiq” və “Verder”-“Hoffenhaym” oyunları oynanılmayıb.
Təxirə salınma səbəbləri arasında buzlu stadionlar və hava limanının işindəki fasilələr səbəbindən oyunların keçirilə bilməməsi göstərilir. Bundesliqanın üç paralel oyunu planlaşdırıldığı kimi başlayıb.
“Bavariya” Almaniya çempionatında 15 oyundan 41 xalla liderlik edir. Onlar “Borussiya Dortmund”dan səkkiz xal irəlidədirlər.
