18 yaşlı mərkəz müdafiəçi Mor Talla Ndiaye “Liverpul”la müqavilə imzalayıb.
İdman.Biz bildirir ki, bu barədə “Liverpul” rəsmi saytında məlumat yayıb.
“Bu ayın əvvəlində 18 yaşı tamam olan seneqallı mərkəz müdafiəçisi, öz ölkəsindəki “Ameti”dən “qırmızılar”ın gənclər komandasına qoşulur.
Ndiaye noyabr ayında 2017-ci il FIFA U-17 Dünya çempionatında ölkəsini təmsil edərək dörd oyun keçirib və pley-off mərhələsinə yüksəlib. O, həmçinin Seneqalın U-18 komandasında da oynayıb”, - “Liverpul”un açıqlamasında bildirilib.
İngiltərə Premyer Liqasının 21 oyunundan sonra mersisaydlıların 35 xalı var və onlar dördüncü yerdədirlər.
