Ramil Quliyevə “Fənərbağça”da vəzifə verilib - FOTO

Xəbərlər
8 Yanvar 2026 17:45
68
Ramil Quliyevə “Fənərbağça”da vəzifə verilib - FOTO

Azərbaycanəsilli keçmiş idmançı Ramil Quliyev Türkiyənin “Fənərbağça” İdman Klubunun Atletika Departamentinin yeni rəhbəri təyin edilib.

İdman.Biz xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Ramil Quliyev Türkiyə yığmasının heyətində dünya və Avropa çempionu olub.

İdman.Biz