Canni de Byaziyə yığmadakı uğuruna görə fəxri doktor adı verilib

Xəbərlər
20 Dekabr 2023 00:07
241
Canni de Byaziyə yığmadakı uğuruna görə fəxri doktor adı verilib

Azərbaycan yığmasının sabiq baş məqşçisi Canni de Byazi fəxri doktor adına layiq görülüb.
İdman.biz xəbər verir ki, italiyalı mütəxəssis Universum Beynəlxalq Kollecində mükafatlandırılıb.

Kosovoda keçirilən tədbirdə De Byazi beynəlxalq arenadakı uğurlarına görə doktor adını alıb. Onun Albaniya yığmasında kosovaəsilli futbolçulara şans verməsi dəyərləndirilib. Yığma De Byazinin rəhbərliyi ilə AVRO-2016-nn final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, italiyal məşqçisi 2020-ci ildən Azərbaycan yığmasına baş məşqçi təyin olunub. AVRO-2024-ün seçmə mərhələsi başa çatdıqdan sonra onunla müqavilə müddəti artırılmayıb.

İdman.biz