“İnter”in məşqçisi Aleksandar Kolarov A Seriyasının 18-ci turunda komandasının “Bolonya” üzərində 3:1 hesablı qələbəsini şərh edib.
İdman.Biz bildirir ki, baş məşqçi Kristian Kivunun özü oyun zamanı səsini itirdiyi üçün şərh verə bilməyib.
“İlk hissədə çoxlu qol şansı yaratdıq, amma çoxunu qola çevirə bilmədik. Bununla belə, komanda ilk dəqiqədən çox yaxşı oynadı.
Lautaro Martinez bizim liderimizdir, o, tərifə layiqdir. O, məşqlərdə də həmişə 100% gücünü ortaya qoyur. Bu oyunda Markus Türama müdafiəçi ilə təkbətək oynamaq imkanı vermək üçün kvadrat yarımmüdafiədən istifadə etmək istədik.
Çivunun “İnter”ə başçılıq edəndən bəri ən çox nəyi dəyişdiyini demək mənim üçün çətindir. Nəyisə dəyişdirmək yox, yeni bir şey əlavə etmək istədik. Keçən il komanda bir neçə kubok qazanmağa çox yaxın idi, amma sonra uğursuz oldu. Mentalitetimiz üzərində işlədik və düşünürəm ki, komanda daha yaxşıya doğru dəyişir. Biz turnir cədvəlinin başındayıq və orada qalmaq istəyirik, amma hələ görüləsi çox şey var.
Kivu sakit görünür, amma düşünürəm ki, o, İnzagidən daha çox qışqırır. Oynadığım zaman Simone ilə o qədər də sıx işləməmişə, amma düşünürəm ki, Kivu daha çox qışqırır”, DAZN Kolarovun sözlərini sitat gətirir.
