Rosenyor “Çelsi”yə gedişi barədə şayiələrdən danışıb

Xəbərlər
4 Yanvar 2026 06:13
62
Rosenyor “Çelsi”yə gedişi barədə şayiələrdən danışıb

“Strasburq”un baş məşqçisi Liam Rosenyor “Çelsi”yə mümkün təyinatı ilə bağlı xəbərlərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, baş məşqçi söhbətlərə birmənalı cavab verməyib.

“Düzünü desəm, bilmirəm. Bunu mətbuat konfransında artıq demişdim: həyatda nə baş verə biləcəyini heç vaxt bilmirsən. Bu komanda ilə əlaqəmi təsvir etmək çətindir. Mən sevgi hiss edirəm və bu işi lap əvvəldən sevirəm. Cavabım eyni qalır: bilmirəm. Konkret bir şey yoxdur, müzakirələr aparılmır.

Komandaya və kluba diqqət yetirmək istəyirəm - bu, əla klubdur. Nə olacaqsa, olacaq, mən indiki ana diqqət yetirməliyəm. Bura (Strasburq) çox gözəl şəhərdir, əla insanları var, əla klubdur. Buradakı hər şey xoşuma gəlir. Oyunçular inanılmaz idilər. Səmimi qəlbdən bu kluba hər şeyin ən yaxşısını arzulayıram” - Rosenyor bildirib.

İdman.Biz