“L'Equipe” 2025-ci ilin simvolik komandanı tərtib edib

3 Yanvar 2026 20:28
182
“L'Equipe” 2025-ci ilin simvolik komandanı tərtib edib

Fransanın “L'Equipe” qəzeti 2025-ci ilin ən yaxşı oyunçularından ibarət simvolik komanda tərtib edib.

İdman.Biz bildirir ki, buraya səkkiz PSJ oyunçusu daxildir.

Qapıçı: Canluici Donnarumma (PSJ, “Mançester Siti”).

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ), Vilyam Paço (PSJ), Vilyam Saliba (“Arsenal”), Nunuhakimi Mendeş (PSJ).

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Joau Neveş (PSJ).

Hücumçular: Lamin Yamal (“Barselona”), Desire Due (PSJ), Usman Dembele (PSJ), Kilian Mbappé (“Real Madrid”).

Məşqçi: Luis Enrike.

Ötən mövsüm PSJ Çempionlar Liqasını, Liqa 1-i, Fransa Kubokunu və Superkuboku qazanıb. Fransa nəhəngi həmçinin Klublararası dünya çempionatının finalına vəsiqə qazanıb və UEFA Superkubokunu qazanıb.

İdman.Biz