Entso Mareskanın istefasından sonra “Porto”nun baş məşqçisi Françesko Farioli “Çelsi”nin baş məşqçisi vəzifəsinə namizədlər arasındadır.
İdman.Biz bu barədə BBC-yə istinadən məlumat verir.
36 yaşlı italyan mütəxəssis 2025-ci ilin yayından bəri “Porto”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda Portuqaliya liqasında birinci yerdədir və ikinci yerdə olan “Sportinq”dən beş xal qabaqdadır.
Farioli həmçinin “Ayaks” və “Nitsa”nı da çalışdırıb.
