“Bavariya”nın oyunçusu Olise 2025-ci ildə Avropanın ən yaxşı 5 liqasında qol şanslarına görə liderlik edir

Xəbərlər
31 Dekabr 2025 21:21
32
“Bavariya”nın oyunçusu Olise 2025-ci ildə Avropanın ən yaxşı 5 liqasında qol şanslarına görə liderlik edir

2025-ci ildə Avropanın ən yaxşı beş liqasında ən çox qol şansı “Bavariya”nın cinah oyunçusu Maykl Olise yaradıb.

Bu barədə İdman.Biz Squawka-ya istinadən bildirir.

Məlumata görə, Olise 36 qol şansı yaradıb.

“Mançester Siti”nin hücumçusu Rayan Çerki ikinci yerdədir (27). “Barselona”nın cinah oyunçusu Lamin Yamal 25 qol şansı yaradaraq ilk üçlüyü tamamlayır. “İnter Milan”ın müdafiəçisi Federiko Dimarko dördüncü yerdədir (22). “Liverpul”un hücumçusu Məhəmməd Salah beşinci yerdədir (19). “Atletiko Madrid”in hücumçusu Aleks Baena altıncıdır (18).

Yeddinci-onuncu yerləri “Nyukasl Yunayted”in hücumçusu Ceykob Merfi, “Strasburq”un yarımmüdafiəçisi Dieqo Moreyra, “İnter Milan”ın hücumçusu Lautaro Martinez və “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays tutur ki, onların hər biri 17 qol şansı yaradıblar.

İdman.Biz