“Napoli” Karraskal üçün 20 milyon avro təklif etməyə hazırdır

Xəbərlər
30 Dekabr 2025 20:56
37
“Napoli” Karraskal üçün 20 milyon avro təklif etməyə hazırdır

“Napoli” hücumameyilli yarımmüdafiəçi Xorxe Karraskal üçün “Flamenqo”ya 20 milyon avro təklif etməyə hazırdır.

İdman.Biz bu barədə jurnalist Ekrem Konura istinadən məlumat verir.

Mənbənin məlumatına əsasən, Braziliya klubu əvvəllər “Marsel”in 27 yaşlı futbolçu üçün 15 milyon avroluq təklifini rədd etmişdi.

Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 9 milyon avrodur.

Karraskalın “Flamenqo” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

İdman.Biz