FIFA dünya çempionatlarında haradasa 100 il ərzində görünməmiş bir ajiotajla üzləşib

Xəbərlər
29 Dekabr 2025 21:55
48
FIFA dünya çempionatlarında haradasa 100 il ərzində görünməmiş bir ajiotajla üzləşib

FIFA prezidenti Canni İnfantino bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Çempionatı üçün bilet satışı prosesinin təfərrüatlarını paylaşıb.

İdman.Biz-in The Touchline-a istinadən verdiyi məlumata görə, FIFA prezidenti turnirlə bağlı həyəcanın bütün gözləntiləri aşdığını qeyd edib.

“Satışda 6-7 milyon bilet var və cəmi 15 gün ərzində 150 milyon müraciət almışıq. Bu, gündəlik 10 milyon müraciət deməkdir. Bu, Dünya Çempionatının nə qədər güclü olduğunu göstərir”, - İnfantino bildirib.

O, həmçinin tarixi kontekstdə marağın miqyasını vurğulayıb.

“Dünya çempionatının təxminən 100 illik tarixi ərzində FIFA cəmi 44 milyon bilet satıb. Beləliklə, iki həftə ərzində nəzəri olaraq, 300 illik dünya çempionatları üçün bilet sata bilərik. Təsəvvür edin. Bu, tamamilə dəlilikdir”, - deyə FIFA prezidenti əlavə edib.

İdman.Biz