“Sevilya” axtardığını tapıb

Xəbərlər
18 Dekabr 2023 19:28
190
“Sevilya” axtardığını tapıb

“Sevilya” yeni baş məşqçi ilə müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, komandaya Kike Sançes Flores rəhbərlik edəcək.

58 yaşlı mütəxəssislə 2025-ci il iyunun sonunadək müqavilə imzalanıb. Floresin son iş yeri “Xetafe” olub. O, komandaya 2021-ci ilin oktyabrından 2023-cü ilin aprelinədək rəhbərlik edib. Kike Sançes “Sevilya”da bir gün əvvəl qovulan uruqvaylı Dieqo Alonsonu əvəzləyib.

Qeyd edək ku, “Sevilya” 16 oyundan sonra 13 xal toplayıb. Andalusiyalılar İspaniya çempionatında turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

İdman.biz