“Liverpul”un kapitanı Vircil van Deyk ötən yay həlak olmuş dostu və komanda yoldaşı Dioqo Jotanın ölümü ilə bağlı danışıb.
İdman.Biz xatırladır ki, portuqaliyalı futbolçu tətildə olarkən İspaniyada avtomobil qəzasında həlak olub.
“Dioqo mənim üçün, komanda üçün və bütün klub üçün çox şey ifadə edirdi. Əlbəttə ki, ilk növbədə, o, bizim üçün bir insan kimi vacib idi. O, inanılmaz bir insan idi. Özünü necə apardığına görə, onun portuqal olduğunu düşünməzdiniz. Uşaqlar Dioqoda nəsə şotland bir xarakteri gördülər; hətta ona “MakJota!” deyirdilər”.
Dioqo çox çalışqan biri idi, oynayıb-oynamamasından asılı olmayaraq, həmişə komandanı birinci düşünürdü. O, həmişə hər kəsi irəli aparırdı, standartları müəyyən edirdi və həmişə qulaq asmağa hazır idi. O, komandanın çox vacib bir hissəsi idi”, - deyə “The Times” qəzeti van Deykdən sitat gətirir.
