“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz “Liverpul”un eks-yarımmüdafiəçisi Stiven Cerrardı özündən daha yaxşı oyunçu adlandırıb.
İdman.Biz-in məlumatına görə, Skoulz iddia edib ki, Cerrard “Liverpul”un özəyi olub, o özü isə “Mançester Yunayted”in sadəcə bir hissəsi imiş.
“Skoulz, yoxsa Cerrard? Cerrard. O, oyunların taleyini həll edə bilən daha atletik oyunçu idi. O, mütləq olmalı olduğu bir komandada oynayıb, mən isə böyük bir komandanın bir hissəsi idim.
Mən Stiven Cerrardın “Liverpul”da etdiyini edə bilməzdim”, - Skoulz deyib.
