Samuel Eto'O: “Kamerun prezidenti olmaq? Bu sual problemlərimin 99%-nin səbəbidir”

Xəbərlər
26 Dekabr 2025 04:10
36
Samuel Eto'O: “Kamerun prezidenti olmaq? Bu sual problemlərimin 99%-nin səbəbidir”

“Real Madrid” və “Barselona” klublarının keçmiş futbolçusu və Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O siyasi ambisiyaları ilə bağlı şayiələrə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Samuel Eto'O bu şayiələrin onun populyarlığından qaynaqlandığı qənaətindədir.

“Kamerunun prezidenti olmaq? Bu sual bu gün problemlərimin 99%-nin səbəbidir. Çünki insanlar futbolçu olduğum dövrdən sonra daha da populyarlaşdığımı görürlər və öz-özlərinə deyirlər: “O, mütləq dövlət başçısı olmaq istəyir”. Bu, hətta kölgədə gizlənən, dövlət başçısı olmaq fürsətini gözləyənlər üçün də problem yaradır”, - “RMC Sport” Eto'Onun sözlərini sitat gətirib.

Eto'O noyabr ayında yenidən federasiya prezidenti seçilib və bu vəzifəni 2021-ci ildən bəri tutur. 44 yaşlı keçmiş futbolçu Kamerunun bütün zamanların ən çox qol vuran oyunçusudur.

İdman.Biz