Dieqo Maradonanın futbol köynəyi “Matchday Football Auctions” hərracında 152.000 avroya satılıb.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, forma 123.000 avroya satılıb, lakin 23% komissiya səbəbindən faktiki qiyməti 152.000 avro olub. Bu, Maradonanın indiyə qədər hərracda satılan ən bahalı forması olub.
Maradona bu köynəyi 1984-cü ildə “Barselona”da “Kral Kuboku”nun finalında geyinib. Həmin finalda “blauqrana” “Atletik Bilbao”ya uduzmuşdu (0:1). Matçdan sonra meydanda dava düşüb və nəticədə oyunçunun forması cırılıb.
Lotun təsvirində deyildiyi kimi, köynək onu yumaq üçün götürən klub işçisi tərəfindən soyunma otağında tapılıb. Qadın onu tikə bilməyib və xatirə olaraq saxlayıb. İllər sonra o, formanı kişi tanışına verib. Köynək daha sonra kişinin oğluna miras qalıb və sonuncu formanı hərraca çıxarıb.
Maradona 2020-ci ildə 60 yaşında vəfat edib. Argentinalı futbol əfsanəsi 1986-cı ildə “Barselona” ilə İspaniya Kubokunu və Superkubokunu qazanıb. İtaliyanın “Napoli” komandası ilə iki dəfə A Seriyası titulunu, İtaliya Kubokunu, Superkubokunu və UEFA Kubokunu qazanıb.
