“Arsenal” heyətini “Milan”ın gənc müdafiəçisi hesabına gücləndirməyi planlaşdırır

Xəbərlər
24 Dekabr 2025 23:28
40
“Arsenal” heyətini “Milan”ın gənc müdafiəçisi hesabına gücləndirməyi planlaşdırır

“Arsenal” “Milan”ın müdafiəçisi Davide Bartezaginin oyununu izləyir.

İdman.Biz xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” qəzeti məlumat yayıb.

Mənbə bildirib ki, İtaliya klubu oyunçunu uzunmüddətli layihənin vacib bir hissəsi hesab edərək ondan ayrılmaq istəmir.

Davide Bartezaginin karyerasının ilk hissəsini “Atalanta”da keçirdiyi, 2012-ci ildə isə “Milan”a transfer olunduğu bildirilir. O, həmçinin müxtəlif yaş qruplarında İtaliya milli komandalarında da oynayıb. Bartezaginin “Rossoneri” ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Onun transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.
Bartezagi bu mövsüm bütün yarışlarda 13 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Daha əvvəl “Calciomercato” “Arsenal”ın “Milan”ın iki oyunçusu - 19 yaşlı müdafiəçi Davide Bartezagi və 20 yaşlı qapıçı Lorenso Torriani ilə maraqlandığını açıqlamışdı.

İdman.Biz