La Liqa: “Atletik Bilbao” öz meydançasında “Espanyol”a məğlub olub - VİDEO

Xəbərlər
23 Dekabr 2025 02:09
31
La Liqa: “Atletik Bilbao” öz meydançasında “Espanyol”a məğlub olub

İspaniya La Liqasının 17-ci turunun “Atletik Bilbao” və “Espanyol” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, Bilbaodakı “San Mamés Barria” stadionunda keçirilən oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun ilk qolunu meydan sahibi komandanın hücumçusu Aleks Berenger 38-ci dəqiqədə vurub. Birinci hissənin sonunda, 44-cü dəqiqədə Kataloniya klubunun müdafiəçisi Karlos Romero hesabı bərabərləşdirib. İkinci hissədə hücumçu Pere Milla 52-ci dəqiqədə vurduğu qolla “Espanyol”a üstünlük qazandırıb.

Bu oyundan sonra “Espanyol” İspaniya yüksək divizionunda 33 xalla beşinci, “Atletik Bilbao” isə 23 xalla səkkizinci yerdədir.

İdman.Biz