Zambiyalı hücumçu Patson Daka 2025-ci il Afrika Millətlər Kubokunun Maliyə qarşı ilk tur matçında (1:1) qol sevinci zamanı bir neçə dəfə salto vurması və yöndəmsiz şəkildə yerə düşməsi ilə gündəm olub.
İdman.Biz xəbər verir ki, komandalar Mərakeşin Kasablanka şəhərindəki “Stade Mohamed V” stadionunda oynayıblar.
90+2-ci dəqiqədə Daka başı ilə bərabərlik qolunu vurub və komandasının heç-heçə qazanmasına kömək edib. Qol sevinci zamanı hücumçu bir neçə dəfə salto vurub və sonra təhlükəli şəkildə boynu üstə yerə yıxılıb. Komanda yoldaşları ona tərəf qaçaraq sevincinə şərik olublar.

A qrupunda yarışan Mərakeş daha əvvəl Komor adalarını məğlub edib (2:0). A qrupunda ikinci və üçüncü tur oyunları 26 və 29 dekabrda keçiriləcək. Turnirin finalı isə 18 yanvarda olacaq.
