Afrika Millətlər Kubokunun qrup mərhələsinin Mali və Zambiya arasında keçirilən A qrupunun ilk tur matçı başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Stade Mohamed V” stadionunda (Kasablanka, Mərakeş) oynayıblar. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
41-ci dəqiqədə Malinin hücumçusu El Bilal Ture penaltidən yararlana bilməyib. 61-ci dəqiqədə cinah oyunçusu Lassin Sinayoko Malini irəli çıxarıb. 90+2-ci dəqiqədə Zambiyanın hücumçusu Patson Daka hesabı bərabərləşdirib.
A qrupunda daha əvvəl Mərakeş Komor adalarını məğlub edib. A qrupunda ikinci və üçüncü tur oyunları 26 və 29 dekabrda keçiriləcək. Turnirin finalı isə 18 yanvarda olacaq.
