Türkiyə Superliqası: “Beşiktaş” və “Fənərbağça”dan qələbə - YENİLƏNİB + VİDEO

Xəbərlər
20 Dekabr 2025 23:04
44
Türkiyə Superliqası: “Beşiktaş” və “Fənərbağça”dan qələbə

Türkiyə Superliqasında 17-ci turun daha bir görüşü keçirilib.

İdman.Biz bildirir ki, “Beşiktaş” “Rizespor”u qəbul edib.

Oyun 1:0 hesabı ilə İstanbul klubunun xeyrinə qurtarıb.

21:52

Türkiyə Superliqasında 17-ci turun oyunları keçirilir.

İdman.Biz bildirir ki, “Fənərbağça” səfərdə “Eyüpspor”la qarşılaşıb. Görüş İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Anderson Talişka (27), Marko Asensio (34) və Con Duran (75) vurublar.

Bu qələbədən sonra xallarını 39-a çatdıran “Fənərbağça” liderliyə yüksəlib.

Günün ilk matçında “Konyaspor” “Kayserispor”la heç-heçə edib - 1:1.

Görüşdə qolları Umut Nayir (63) və və German Onuqha (90+3) vurublar.

İdman.Biz