İstanbulun “Fənərbağça” klubu PSV-nin yarımmüdafiəçisi Yoey Vermanla müqavilənin şərtlərini razılaşdırıb.
İdman.Biz xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano X sosial media hesabında paylaşıb.
Türkiyə klubu “Qalatasaray”la Superliqa titulu uğrunda mübarizə apara bilmək məqsədilə heyətini fəal şəkildə gücləndirir. “Fənərbağça” 20 milyon avroluq oyunçu alışı bəndini aktivləşdirməyə hazırdır. Yarımmüdafiəçi artıq klubla şəxsi şərtlərini razılaşdırıb və transferi tamamlamağa hazırdır. Transferin tezliklə yekunlaşacağı gözlənilir.
Bu mövsüm oyunçu 22 oyunda meydana çıxıb, səkkiz qol vurub və yeddi məhsuldar ötürmə edib. Transfermarkt-a görə, Vermanın dəyəri 27 milyon avrodur
