Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) “Mançester Siti”nin qapıçısı Canluici Donnarummanı 2025-ci il üçün dünyanın ən yaxşı qapıçısı elan edib.
İdman.Biz bildirir ki, italiyalı qapıçı 169 xal toplayaraq “Real Madrid”in qolkiperi Tibo Kurtuanı (65 xal) və isveçrəli Yann Sommeri (59) rahatlıqla geridə qoyub. İlk beşliyə həmçinin 50 xal toplayan Manuel Noyer (“Bavariya”) və 40 xal toplayan David Raya (“Arsenal”) da daxil olub.
Səsvermə IFFHS-in redaksiya heyəti və dünyanın hər yerindən olan mütəxəssislər tərəfindən aparılır.
Daha öncə Donnarumma FİFA tərəfindən də analoji mükafata layiq görülmüşdü.
IFFHS-ə görə 2024-cü ilin ən yaxşı 10 qapıçısı:
1. Canluici Donnarumma (“Mançester Siti”, İngiltərə) - 169 xal;
2. Tibo Kurtua (“Real Madrid”, İspaniya) — 65;
3. Yan Sommer (“İnter”, İtaliya) — 59;
4. Manuel Noyer (“Bavariya”, Almaniya) — 50;
5. David Raya (“Arsenal”, İngiltərə) — 40;
6. Alisson Bekker (“Liverpul”, İngiltərə) — 24;
7. Emiliano Martines (“Aston Villa”, İngiltərə) — 20;
8. Robert Sançes (“Çelsi”, İngiltərə) — 15;
9. Cordan Pikford (“Everton”, İngiltərə) — 14;
10. Yassin Bunu (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı) — 13.
