“Real Madrid”in baş məşqçisi Xabi Alonso performansının mövsümün sonunda qiymətləndirilməsini istəyib.
İdman.Biz bildirir ki, “Real Madrid” dekabrın 20-də La Liqanın 17-ci turunda “Sevilya” ilə qarşılaşacaq.
“İlk etməli olduğumuz şey qalib gəlmək, sonra isə bacardığımız qədər yaxşı oynamaqdır. İlin sonunda bunu qiymətləndirəcəyik. Hələ ilin ortasıdır və nəticə çıxarmaq üçün hələ tezdir. Bundan əlavə, özümü qiymətləndirmək mənim işim deyil”, - deyə Alonso klubun rəsmi saytında bildirib.
İspaniya liqasında oynanılan 17 oyundan sonra “Real Madrid” 39 xalla turnir cədvəlində ikinci yerdədir. “Sevilya” 20 xalla 10-cu yerdədir. “Barselona” isə 43 xalla turnir cədvəlinə başçılıq edir.
