CIES Football Observatory tədqiqat qrupu, son beş mövsümdə rəsmi matçlarda oyunçular (qapıçılar xaric) arasında dəqiqə baxımından ən çoxə oynayan 10 oyunçunun reytinqini dərc edib.
İdman.Biz bildirir ki, 25.199 dəqiqə oynayan “Real Madrid”in hücumçusu Kilian Mbappe altıncı yerdədir.
Reytinqin lideri Braziliyanın “Palmeyras” klubunun mərkəz müdafiəçisi Qustavo Qomesdir. O, klubda və Paraqvay millisində 28.194 dəqiqə oynayıb. İkinci yerdə “Mançester Yunayted”in və Portuqaliya millisinin yarımmüdafiəçisi Brunu Fernandeşdir (27.634 dəqiqə).
Son beş ildə dəqiqə baxımından ən çox oynayan 10 futbolçu (CIES):
1. Qustavo Qomes (Palmeyras/Paraqvay millisi) - 28.194 dəqiqə.
2. Brunu Fernandeş (Mançester Yunayted/Portuqaliya millisi) - 27.634
3. Nikolas Otamendi (Benfika/Argentina millisi) - 26.791
4. Harri Keyn (Tottenhem/Bavariya/İngiltərə millisi) - 25.680
5. Deklan Rays (Vest Hem/Arsenal/İngiltərə millisi) - 25.351
6. Kilian Mbappe (PSJ/Real Madrid/Fransa millisi) - 25.199
7. Xunior Alonso (Krasnodar/Atletiko Mineyro/Paraqvay millisi) - 25.039
8. Hans Vanaken (Brügge/Belçika millisi) - 24.965
9. Yozua Kimmix (Bayern/Almaniya millisi) - 24.575.
10. Marlon Freytas (Atletiko Qoyaniense/Botafoqo) - 24,558.
